Birləşmiş Millətlər Təşkilatının “Böyük qafqaz landşaftında meşə və torpaqların davamlı idarə olunması” layihəsi çərçivəsində tədbir keçirilib.
27 iyul 2018-ci il tarixində İsmayıllı Peşə Tədris Mərkəzində rayonumuzda fəaliyyət göstərən Birləşmiş Millətlər Təşkilatının “Böyük qafqaz landşaftında meşə və torpaqların davamlı idarə olunması” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd layihə ilə əməkdaşlıq edən təşkilatlara, fermerlərə, tədris müəssisələrinə kənd təsərrüfatında işlədilən avadanlıqların verilməsindən ibarət olub.
Tədbirin işində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının məhsul işçisi Şahin Hüseynov, İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, layihənin əməkdaşları çıxış edərək görülən işlərdən, layihənin qazandığı uğurlardan və qarşıda duran vəzifələrdən danışıb.
Layihə tərəfindən fermerlərə, layihə ilə əməkdaşlıq edən digər qurumlara sağıım aqreqatları, yemüyüdən maşınlar, arı ailələri və arıçılıqda istifadə edilən vasitələr, torpağın tərkibini öyrənən kiçik laboratoriyalar, torpaq ölçü cihazları və digər vasitələr paylanılıb.