Şriftin ölçüsü :

Saytın rəngi :

Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə Olunması” Proqramı İsmayıllı rayonunda arıçılığın inkişafını dəstəkləyir.

30 iyul 2018 | 16:00

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə Olunması Proqramı” İsmayıllı rayonunda pilot tədbirlərini davam etdirir. Proqramın pilot layihəsi çərçivəsində icma üzvlərinə arıçılıq  təsərrüfatının inkişafına dəstək verilməsi qarşıya qoyulmuş fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə layihə və fermerlər arasında “Qarşılıqlı Razılaşma Memorandumu” imzalanmışdır. Memorandumun imzalanması Talıstan, Brovdal və Əhən bələdiyyələri, eləcə də Əhən İcra nümayəndəliyi və icma üzvlərinin iştirakçılığı ilə həyata keçirilmişdir. Arı ailələri Əhən, Talıstan və Brovdal kəndlərindən seçilmiş fəal fermerlərə verilmişdir.
İsmayıllı rayonunda müəyyən olunmuş pilot sahələrdə torpaq deqredasiyasının qarşısının alınması və bitki örtüyünün bərpa olunması istiqamətində daha əvvəl icra olunmuş tədbirlər arıçılığın inkaşafı üçün münbit şəraitin yaradılmasına öz töhfəsini verir. Bununla yanaşı, GİZ-in “Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə Olunması Proqramı”nın pilot layihəsi çərçivəsində Əhən və Lahıc bələdiyyələri ərazisində əkilmiş fındıq bağlarında BMT-nin İnkişaf Proqramının “Böyük Qafqaz landşaftında  meşə və torpaqların davamlı idarə olunması” layihəsi ilə əməkdaşlıq çərçivəsində xaşa bitkisinin toxumları səpilmişdir. Tədbirin həyata keçirilməsində məqsəd intensiv otarılma səbəbindən eroziyaya məruz qalmış yamaclarda bitki örtüyünün bərpasını sürətləndirmək və arı ailələri, eləcə də  mal-qara üçün yem bazasının yaxşılaşdırılması olmuşdur.

Keçidlər