Ana dili günü qeyd olunub
1 avqust ölkəmizdə milli atributlardan olan Ana dili günü kimi qeyd olunur. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Ümummilli lider Heydər Əliyev qeyd edirdi: "Millətin milliliyini saxlayan onun dilidir" .Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir! Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm.” İsmayıllıda “1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili günü qeyd olunub. Tədbir İsmayıllı rayon uşaq kitabxanasında keçirilib. Tədbiri giriş sözü ilə Rayon İcra hakimiyyətinin nümayəndəsi Gülər Baxışova açıb, iştirakçıları salamlayıb, Azərbaycan Əlifbasının və Azərbaycan Dilinin tarixi, bu günə kimi keçdiyi şərəfli inkişaf yolu, dilimizin zənginliyi, dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı haqqında ətraflı məlumat verib. Çıxış edənlər Azərbaycan dilinin sadəliyindən, aydınlığından bəhs ediblər. Azərbaycan Əlifbası və Azərbaycan dili ilə bağlı video çarxa baxılıb. “1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili günüdür” mövzusunda uşaq bağçalarının hazırladıqları əyləncəli proqrama tamaşa edilib.Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.