Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərlə növbəti görüş

12 iyul 2013 | 15:00

11 iyul 2013-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun gənclərlə Heydər Əliyev Mərkəzində görüşü olmuşdur. Müxtəlif  fəaliyyət istiqamətləri  üzrə  gənclərin  fəallığının artırılması yolları müzakirə  olunmuş, fikir mübadiləsi aparılmışdır. Qeyd olunmuşdur ki, ideyalar, layihələr ətrafında gənclərin birləşməsi, müasir düşüncə tərzinə əsaslanan sosial-iqtisadi inkişafla bağlı təkliflər verilməsi baxımından Rayon Gənclər və İdman idarəsi fəallıq göstərmir.
      Yeni, müasir zamanla tam səsləşən layihlərin hazırlandığını bildirən M.Sadıqov müəllim qeyd  etdi ki,  bütün bu sahələrin  idarə olunması  gənclərə tapşırılacaq.
     Görüşdə İsmayıllı Dövlət Humanitar və Texnalogiyalar Kolleci barədə müfəssəl məlumat verildi, onun rayonun sosial-iqtisadi inkişafında oynayacağı roldan danışıldı.
     Sonra fikir mübadiləsi aparıldı, gənclərin həyatı ilə bağlı səmərəli təkliflər oldu.

Keçidlər