Mülki müdafiə məşqləri keçirilib
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzinin 2018-ci il üçün təsdiq edilmiş mülki müdafiə tədbirləri planına uyğun olaraq 15 avqust 2018-ci il tarixdə İsmayıllı rayonunda ərazi mülki müadfiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqləri keçirilib.
Tədbirlər planına əsasən bu dəfə Ağsu Regional Qaz İstismarı idarəsinin İsmayıllı rayonu üzrə Xidmət Sahəsində, İsmayıllı Suvarma Sistemləri idarəsində və İsmayıllı Paylayıcı Elektrik şəbəkəsində mülki müadfiə qüvvələrinin hazırlığı yoxlanılmışdır. Tədbirdə həyəcan siqnalı əsasında obyektlərin mülki müdafiə qüvvələrinin bilik və bacarığı yoxlanılmış və fövqəladə hallar zamanı insan həyatı üçün təhlükə yarada biləcək vəziyyətlərin aradan qaldırılmasında canlı və texniki qüvvələrin hazırlığına baxış keçirilmişdir.
Tədbirə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi Eldəniz Mehdiyev, şöbənin əməkdaşları Sarvan Əsədov, Asim Atakişiyev və Rayon MM Qərargahının rəisi Vüqar Muradəliyev iştirak ediblər.
Tədbirin sonunda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi Eldəniz Mehdiyev çıxış edərək obyektlərin şəxsi heyətlərinə mülki müdafiə işinin təşkili və hazırlanması ilə əlaqədar tövsiyə və tapşırıqlarını verib.