Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərə həsr olunmuş filmin təqdimat mərasimi keçirilib.

16 avqust 2018 | 16:00

2016-cı ilin aprel ayında erməni təxribatına qarşı aparılan 5 günlük döyüşlərdə yüzlərlə vətən oğlu igidliklə həlak olub, qəhrəmanlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə yüksəlib. Həmyerlimiz Vahabzadə Mikayıl Yaqub oğlu və Gəncəli Salmanov Nizami Arif oğlu da “Aprel döyüşləri”nin qəhrəmanlarındandır.
              Şair qəlbli, oxşar taleli bu iki vətən oğlu haqqında çoxsaylı yazılar, məqalə və oçerklər, şeir və hekayələr yazılsa da bu hələ son deyil.Onların xatirəsini əbədiləşdirmək istiqamətində tədbirlər davam etdirilməkdədir.
               Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə aprel şəhidləri Mikayıl Vahabzadə və Nizami Salmanov haqqında “Qoşa ruhlar-şairlikdən  şəhdiliyə gedən yol” adlı sənədli film çəkilib.
                 Avqustun 15-də İsmayıllı RİH və Qrant müsabiqəsinin qalibi İsmayıllı Yazarları Ədəbi İctimai Birliyinin birgə təşkilatçılığı ilə rayonun Uşaq Kitabxanasında filmin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində şəhid Mikayıl Vahabzadənin valideyinləri, RİH-nin aparat işçiləri, gənclər, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi əlilləri, ağsaqqallar və ziyalılar iştirak edib.
                  Tədbiri giriş sözü ilə İsmayıllı YƏİB-nin sədri, şair Şahməmməd Soltanov açıb. RİH-nin nümayəndəsi Murad Məhərrəmov rayon rəhbərliyi adından tədbirə toplaşanları salamlayıb və şəhid Mikayıl Vahabzadənin valideyinləri ilə görüşüb. Şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağını, Mikayıl və Nizami kimi oğulların əbədiyaşarlığını diqqətə çatdırıb.Onların həyat yolunun gənclərə bir nümunə olduğunu qeyd edib. Filmin layihə rəhbərlərinə, rejissor və ssenari müəllifinə,çəkilişdə zəhməti olan bütün insanlara öz minnətdarlığını bildirib. Sonra film nümayiş etdirilib.
                      Filmin nümayişindən sonra layihə rəhbəri Aybəniz Qafarlı, RGİİ-nin rəisi Taleh Salehov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyevə, QMƏVŞA İB-nin sədr müavini Kamil Dadaşov, filmin məsləhətçisi Radə Abbasova, şairə Turac Hilal və başqaları çıxış edərək film haqqında öz fikirlərini söyləyiblər. Gənclərin vətənpərvərlik tərbiyəsində bu ekran əsərinin böyük rolunun olacağını diqqətə çatdırıblar.
                       Şəhid Mikayıl Vahabzadənin ailəsi adından dayısı Nəriman Şərifov filmin yaradıcı heyətinə, tədbirin təşkilatçılarına, Rayon İcra Hakimiyyətinə, İsmayıllı Yazarları Ədəbi İctimai Birliyinə öz minnətdarlığını  ifadə edib.
                        Film Mikayıl Vahabzadənin təhsil aldığı Tircan kənd tam orta məktəbində də kənd ictimaiyyətinin,  pedaqoji kollektivin və şagirdlərin iştirakı ilə nümayiş etdirilib.

Keçidlər