“Ziyalı Ocağı” İctimai Birliyi tədbir keçirib
Azərbaycan Respublikası “Ziyalı Ocağı” İctimai Birliyi İsmayıllı Tarix -Diyarşünaslıq muzeyində “Tarixi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı həyata keçirilən silsilə soyqırımlar haqqında yerli və beynəlxalq ictimaiyyətin məlumatlandırılması” mövzusunda tədbir keçirib.
Mövzu ilə əlaqədar ictimai birliyin sədri İlahə Əliyeva məruzə edib.
RTŞ-nın işçiləri, müəllim və gənclərin iştirakı ilə keçirilən tədbirdə Rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramiz Baloğlanov, Qubaxəlilli kənd tam orta məktəbin tarix müəllimi Vüqar Hüseynov çıxış edib, ermənilərin zaman - zaman dövlətimizə qarşı təxribatları, xalqımıza qarşı düşmən müsibətləri barədə danışıblar. İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul işçisi Gülnarə Mirzəliyeva bu cür maarifləndirici tədbirlərin tez – tez keçirilməsinin əhəmiyyətini qeyd edib, gənclərimizin vətənpərvərlik tərbiyəsində böyük rola malik olduğunu diqqətə çatdırıb. Yaradılan şəraitə görə İctimai Birliyin sədri İlahə Əliyeva İsmayıllı Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.