2 fevral - Azərbaycan Gəncləri Günüdür
Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.
2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə ehtiram əlaməti olaraq Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Əziz gənclər, sizi 2 Fevral - Gənclər Günü münasibətilə təbrik edir, hər birinizə işlərinizdə və ictimai fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri cənab Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayır, bu siyasətin icrasında daim onun yanındadır.
Bayramınız mübarək, əziz gənclər!