“Heydər Əliyev İdarəetmə Məktəbi”nin növbəti məşğələsində
13 iyul 2013-cü il tarixdə “Heydər Əliyev İdarəetmə Məktəbi”nin növbəti məşğələsi olmuşdur. Müdavimlər ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan hakimiyyətinə gəlməsinin 44-cü ildönümünü təntənəli surətdə qeyd etmişlər. Öncədən Heydər Əliyevin həyatı və fəaliyyətinə həsr olunmuş filmə baxış keçirilmiş, sonra isə dövlət qulluğu veteranı Gözəl Osmanova, Rayon Suvarma Sistemləri idarəsinin rəisi Fazil Həsənov, Ağdam rayonundan məcburi köçkün Zahid Namazov çıxış etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 1969-cu il iyul ayında Azərbaycan tarixində, iqtisadiyyatında böyük hadisənin -Heydər Əliyevin hakimiyyətə gəlməsinin mahiyyətindən, ölkəyə verdiyi xeyirdən danışdı, qarşıda duran mühüm vəzifələri şərh etdi.
Məktəbin icraçı direktoru Fərman Bəşirov tədbiri yekunlaşdırdı.