İsmayıllıda dini radikalizmə qarşı maarifləndirmə tədbiri keçirilib.
5 sentyabr 2018-ci il tarixdə rayonun Mərkəzi Kitabxana Sisteminin uşaq kitabxanasında Rayon İcra Hakimiyyətinin, DQİDK Şamaxı bölgəsi üzrə İsmayıllı şöbəsinin, rayon gənclər və idman İdarəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm insan hüquq və azadlıqlarına təhlükədir” mövzusunda tədbir keçirilib.
İdmançı gənclərin, “Həyat bilgisi” tədris edən müəllimlərin, təhsil və mədəniyyət sahəsində çalışan bir qrup işçinin iştirak etdiyi tədbiri giriş sözü ilə RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov açıb.
O,radikalizm və bunu doğuran səbəblər, ona qarşı mübarizə tədbirləri,ölkə Prezidentinin din sahəsində apardığı uğurlu siyasət barədə ətraflı məlumat verib.
DQİDK Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev mövzu ilə əlaqədar geniş məruzə edib, dini radikalizmin törətdiyi fəsadlar barədə danışıb, gəncləri mənfi meyillərdən qorumağın yolları barədə məlumat verib.
Sonda tədbir iştirakçıları tərəfindən verilən suallar cavablandırılıb.