Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayon Təhsil işçilərinin sentyabr Konfrası keçirilib

06 sentyabr 2018 | 16:00

6 sentyabr  2018 –ci il  tarixdə  İsmayıllı  Rayon  Təhsil  işçilərinin  konfransı  keçirilib. Konfransda  118  nəfər  nümayəndə  iştirak  edib.  Rayon  Təhsil  Şöbəsinin  müdiri  Rasim  Orucovun “2017-2018-ci  il dərs  ilinin  yekunları  və  qarşıda  duran  vəzifələr”mövzusunda  məruzəsi  dinlənilib.
       Dəyirmi masa formasında keçirilən konfransda məruzə ətrafında keçirilən  müzakirələrdə  ictimaiyyət  nümayəndəsi, təhsil  veteranı  Valeh  Salehov, Şəhər  6 nömrəli  tam  orta  məktəbin  direktoru  Qalib  Bəşirov, Təzəkənd  kənd  tam  orta  məktəbin  direktor  müavini  Mənsurə  Ələkbərova, Şəhər 1 nömrəli  tam  orta  məktəbin  musiqi  müəllimi Surə  Mehdiyeva,  Buynuz  kənd  tam  orta  məktəbinə  yeni  təyin olunmuş  gənc  müəllim   Aytac  Süleymanova,  Diyallı  kəndindən    valideyn  Altay  Pənəhov, Lahıc  qəsəbə  tam  orta  məktəbini  qızıl  medalla  bitirmiş  məzunu  Niyalə  Yarməmmədli,  Topçu  kənd  tam  orta  məktəbin  müəllimi  Gülər  Babayeva, Şəhər  3  nömrəli  məktəb-liseyin  XI sinif  şagirdi  İlknur  Murad,  İstisu  kənd  tam  orta  məktəbin  ibtidai  sinif  müəllimi  Şahid  Muradov  çıxış  ediblər.
         Rayon  İcra  Hakimiyyəti  başçısının  müavini  Sevil Əhmədova və Respublika  Təhsil  Nazirliyinin  məsul işçisi  Firidun Həmzəyev konfransda çıxış edərək  rayon  təhsilinin qarşısında duran vəzifələrdən danışıblar.
         Sonda  “Ən  yaxşı  pedaqoji  mühazirə”  Respublika  müsabiqəsində  yer  tutmuş  Şəhər  6  nömrəli  tam  orta  məktəbin  müəllimi  Jalə   Alıyevaya  Respublika  Təhsil  Nazirliyinin  Diplomu təqdim  olunub.

Keçidlər