Şriftin ölçüsü :

Saytın rəngi :

Belarus qonaqlar İsmayıllıda

08 sentyabr 2018 | 16:00

10 ildir ki, Belarus Respublikasının Nesvij rayonu ilə İsmayıllı şəhəri qardaşlaşıb və hər il nümayəndə heyətləri qarşılıqlı səfərlər edirlər.
Belarus qonaqların builki səfəri İsmayıllıda keçirilən ənənəvi “Təhsil Bayramı”na həsr olunub. Belarus Respublikası Minsk vilayətinin Nesvij Rayon İcraiyyə Komitəsinin sədri Lazyuk Valeriy Mixayıloviçin rəhbərliyi ilə nümayəndə heyəti İsmayıllıya gəlib, ilk olaraq rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla görüşüb.
Mirdaməd Sadıqov qonaqları salamlayıb, cənab Prezident İlham Əliyevin          25-26 avqust 2018-ci il tarixlərdə İsmayıllıya səfərinin insanlarda yaratdığı ruh yüksəkliyindən, rayonun sosial-iqtisadi həyatına, təhsilinə, mədəniyyətinə, müasir yollar şəbəkəsinə gətirdiyi 10-20 illərin inkişafından danışıb. Daha sonra qeyd edib ki, Nesvij rayonu ilə İsmayıllı nümayəndə heyətlərinin qarşılıqlı səfərləri hər iki tərəfin yüksəlişinə, xüsusilə aqrar sahədə uğurların artmasına təkan verir.
Belarusdan gələn nümayəndə heyətinin rəhbəri Valeriy Lazyuk səmimi və qardaşlıq mühitində qarşılanmaya görə RİH-nin başçısı Mirdaməd Sadıqova təşəkkürünü bildirib və qeyd edib ki, dostluğumuz bundan sonra da davam edəcək, işgüzar səfərlərlə daha da möhkəmlənəcək. Belarus Respublikasının Prezidenti cənab Lukaşenko ilə Azərbaycan Prezidenti cənab Əliyevin dostluğu hər iki ölkənin sürətli inkişafının əsası oluğu kimi, Nesvij rayonu ilə İsmayıllı rayonunun dostluq və qardaşlıq münasibətləri hər iki tərəf üçün inkişafın əsası olacaqdır.
V.Lazyuk yekunda Nesvij və İsmayıllının qardaşlaşmasının 10 illiyini əks etdirən suveniri Mirdaməd Sadıqova hədiyyə edib.
Görüşdən sonra Belarus  qonaqlar rayon icra hakimiyyətinin rəhbərliyi ilə birgə “Təhsil Bayramı”nda iştirak ediblər.
Qonaqlar Lahıca, oradan da cənab Prezident İlham Əliyevin açılışını etdiyi yolla Dəmirçiyə qədər gediblər, İvanovkada təsərrüfat fəaliyyəti, Keyvəndidə yeni istifadəyə verilmiş müasir heyvandarlıq kompleksi, “Şato Monolit” şirkətində üzüm bağları və şərab zavodu, Velosiped İstehsalı zavodu, “Buta” şirkəti ilə və sair obyektlərlə tanış olublar.
Qonaqlar Şamaxıdakı “Safari” parkına və Qəbələ şəhərinə də gediblər. Bu gedişlər və tanışlıqlar zamanı Nesvijdən gələn nümayəndə heyəti ölkəmizin çoxistiqamətli yüksəlişini əyani olaraq görüblər.
11 sentyabr 2018-ci il tarixdə qonaqlar Bakı şəhərinə yola düşəcəklər.

Keçidlər