Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondu tərəfindən bir qrup şagirdə məktəbli forması verilib

11 sentyabr 2018 | 16:00

İsmayıllı rayon Mərkəzi Kitabxana Sistemi uşaq və gənclər filialının akt zalında Heydər Əliyev Fondunun xətti ilə humanitar aksiya keçirilib. 80 nəfər şagirdə məktəbli forması verilib. Tədbirdə ehtiyaclı şagirdlər, onların valideynləri, ictimaiyyət nümayəndələri, təhsil işçiləri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan RİH başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova  deyib ki, cənab Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qayğısı hər il keçirilən belə humanitar aksiyalarla məktəb yaşlı uşaqları əhatə edir, onların tədris və yaşam ehtiyaclarını ödəyir. Hörmətli valideynlər sizi övladlarınızla birgə buraya dəvət etməklə bir daha diqqətinizə çatdırmaq istəyirik ki, Heydər Əliyev Fondu təhsilimizin, səhiyyəmizin, mədəniyyətimizin, idmanımızın inkişafına həmişə dəstək verir, uşaqlara münasibətdə humanitar aksiyalar keçirir. Bu gün siz də həmin aksiyalardan birinin iştirakçısısınız. Övladınızın “Bilik bayramı”na təzə məktəbli formasında getməsinin şahidi olursunuz. Sizi və övladlarınızı Heydər Əliyev Fondu adından yeni dərs ilinin başlanması münasibətilə ürəkdən təbrik edirəm.
Sevil Əhmədovanın çıxışından sonra şagirdlərə ölçülərinə uyğun məktəbli forması paylanıb.
Valideynlərdən Qənirə Bayramova, Arzu Mailova və başqaları diqqətə, qayğıya, yetişən nəslə humanist münasibətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.
Uşaqlar evlərinə təzə məktəbli forması və sevinc hissləri ilə qayıdıblar.

Keçidlər