İsmayıllıda “Sülh aylığı” ilə bağlı tədbir keçirilib.
Sentyabrın 13-də İsmayıllıda “Sülh aylığı” çərçivəsində dəyirmi masa keçirilib. “Dini etqad azadlığı insan azadlığının tərkib hissəsidir” mövzusunda keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, DQİDK-nin Şamaxı bölgəsi İsmayıllı rayon şöbəsinin əməkdaşı Elnur Mehdiyev, RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, QMİ-nin səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov, din xadimləri, ictimaiyyət nümayəndələri, gənclər, ziyalılar iştirak edib.
Cümə məscidinin iclas zalında reallaşan tədbiri Şahzadə Bilalov açıb, tədbirin mahiyyəti və xarakteri barədə, Məhərrəmlik ayında Aşura gününün islami dəyərlər əsasında icrası barədə məlumat verib.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon üzrə dini komissiyanın sədri Rövşən Ağayev “Sülh aylığı”nın məram və məqsədi, dini radikalizmə qarşı mübarizə tədbirləri barədə danışıb, Məhərrəmlik ayının keçirilməsində vacib tələblərin gözlənilməsini diqqətə çatdırıb.
DQİDK-nin yerdəki nümayəndəsi Elnur Mehdiyev, RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul işçisi Murad Məhərrəmov rayonda “Sülh aylığı” ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətindən danışıblar. Dini etiqad azadlığının insan azadlığının tərkib hissəsi olduğunu, Məhərrəmlik ayında Aşura gününün islami dəyərlər əsasında keçirilməsinin vacibliyini vurğulayıblar.