Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Bilik günü

15 sentyabr 2018 | 16:00

Məlum olduğu kimi Təhsil naziri Ceyhun Bayramov “2018-2019-cu tədris ilində “Bilik günü”nün qeyd olunması və ilk dərs günləri haqqında” əmr imzalayıb. Əmrə əsasən Azərbaycan Respublikasının bütün ümumtəhsil məktəblərində “Bilik günü” ictimaiyyət nümayəndələri, sabiq məzunlar, müharibə iştirakçıları və əmək veteranları, tanınmış təhsil və incəsənət xadimləri cəlb olunmaqla 15 sentyabr 2018-ci il tarixində qeyd edilib.
Yeni dərs ilinin başlanması münasibətilə İsmayıllı  rayonunun 79 ümumtəhsil məktəbində tədbirlər keçirilib. İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısı Mirdaməd Sadıqov, RİHB-nin müavini Sevil Əhmədova iştirak ediblər.
İsmayıllı rayon icra hakimiyyətinin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqov  şəhər 1 saylı tam orta məktəbin və rayonun bütün  ümumtəhsil məktəblərinin müəllim  və şagird kollektivini “Bilik günü” münasibətilə təbrik edib. Qeyd olunub ki, rayon üzrə 2018/2019-ci tədris ilinin məzunlarından  360 nəfər ali məktəblərə qəbul olunub. Tələbə adını qazananlardan hər il ənənəvi olaraq 1 nəfər 700 bal, 37 nəfəri 600-dən, 49 nəfəri isə 500-dən yuxarı bal toplayıb.
        Valideynlərdə çıxış edərək övladlarına, onların təhsilinə diqqət və qayğı göstərən dövlətimizə, onun  başçısına  minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər