“Ermənistanın işğalçılıq siyasəti və regional təhlükəsislik problemi” adlı ingilis dilində kitabın təqdimatı keçirilib.
“Xəzər-Gələck naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” İctimai Birliyinin 14 sentyabr 2018-ci il tarixdə Rayon Tarix Diyarşünaslıq muzeyində “Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükə, humanitar və sosial-iqtisadi problemlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması” layihəsinin icrası ilə əlaqədar “Ermənistanın işğalçılıq siyasəti və regional təhlükəsislik problemi” adlı ingilis dilində kitabın təqdimatı keçirilib.
Tədbiri İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Kərimov açaraq qonaqları salamlayıb və layihənin rayonda keçirilməsi barədə qısa məlumat verib.
Daha sonra layihənin eksperti Xətai Abbasov çıxış edərək ictimaiyyət arasında maarifləndirilmənin müsbət cəhətlərini və gələcəkdə bu cür layihələrin daha da geniş şəkildə həyata keçirilcəyini qeyd edib.
Layihənin rəhbəri Rüstəm Məmmədov mövzu ətrafında geniş məruzə edib və gənclərlə maraqlı müzakirələr aparıb. Sonda tədbir iştirakçılarına adı qeyd olunan kitab təqdim olunub.