Şriftin ölçüsü :

Saytın rəngi :

Kollecdə və Peşə Tədris Mərkəzində yeni dərs ilinin başlanması ilə əlaqədar tədbir keçirilib

17 sentyabr 2018 | 16:00

Sentyabrın 17-də İsmayıllı Humanitar Texnologiya Kolleci və Peşə Tədris Mərkəzində yeni dərs ilinin başlaması ilə əlaqədar tədbir keçirilib.
Tədbiri  təhsil müəssisələrinin rəhbəri Kəmalə Süleymanova və Zaur Muradov açıb, tələbə və şagirdləri yeni dərs ilinin başlaması münasibətilə təbrik edib, görülmüş işlər, qarşıda duran vəzifələr barədə danışıblar.
RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov rayon rəhbərliyi adından kollecin və PTM-nin tələbə-müəllim heyətini təbrik edib, cənab Prezidentin təhsilimizə göstərdiyi diqqət və qayğı, dövlətin apardığı uğurlu təhsil siyasəti barədə tədbirə toplaşanlara məlumat verib. Tələbələrə, şagirdlərə yaxşı təhsil almağı, əsil vətəndaş kimi yetişməyi tövsiyə edib.
PTM-də keçirilən tədbirlərdə Təhsil Nazirliyinin nümayəndəsi Rauf Feyzullayev və Alman əməkdaşlığı dual peşə təhsil sisteminin nümayəndəsi Məhəmməd Məmişzadə, valideynlər və müxtəlif rayonlardan gələn qonaqlar iştirak ediblər.
Peşə Tədris Mərkəzinin və İsmayıllı Humanitar–Texnologiya kollecinin maddi bazası, auditoriyaları, sinif otaqları, kitabxanası və s. ilə tanışlıq həyata keçirilib.

Keçidlər