Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin sağlamlıq festivalı

19 iyul 2013 | 15:00

18 iyul 2013-cü il tarixdə İsmayıllı Olimpiya–İdman Kompleksində “Gənclərin sağlamlıq festivalı” keçirilmişdir. Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin rəsmiləri tədbiri açmış, festivalın əhəmiyyətindən danışmışlar. İlk  növbədə yerli idmançıların  nümunəvi çıxışları olmuş, ”Olimp” rəqs qrupu, Sumqayıt Kapoeyra məktəbinin müdavimləri, yerli aşıqlar və müğənnilər çıxış etmişlər.
Ən maraqlı tədbirlərdən biri ailələr arasında keçirilən estafet yarışı olmuşdur. Rəqslərə, gənc müğənnilərin ifasına və idmançıların nümunəvi çıxışlarına diqqətlə baxılmış və alqışlanmışdır. Olimpiya İdman Kompleksində keçirilən festival gənclərin zərərli vərdişlərə meylinin qarşısının alınmasına yönəlmişdi.

Keçidlər