Şriftin ölçüsü :

Saytın rəngi :

“Nümayəndə günü”ndə daha vacib məsələlər müzakirə olunub

26 sentyabr 2018 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının sərəncamına uyğun olaraq ayda bir dəfə inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirakı ilə “Nümayəndə günü” adı altında seminar-müşavirə keçirilir. Bu günlərdə Heydər Əliyev Mərkəzində keçirilən “Nümayəndə günü”ndə daha vacib məsələlər müzakirə olunub.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tədbiri giriş nitqi ilə açaraq icra nümayəndələri və bələdiyyə sədrlərinin qarşısında duran vəzifələr barədə danışıb, görülmüş işlərin təhlilini verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25-26 avqust 2018-ci il tarixlərdə İsmayıllıya səfərindən irəli gələn həyati əhəmiyyətli layihələrin icrası üzərində xüsusilə dayanıb,  daha çox valyutagətirici xarakter daşıyan fındıqçılığın inkişafı, fındıq bağlarının salınmasının proqnoz tapşırıqlar səviyyəsinə çatdırılması ilə əlaqədar ciddi tapşırıqlar verib.
RİH-nin başçısı Mirdaməd Sadıqovun səfərbəredici səviyyədə qarşıya qoyduğu növbəti vacib məsələ ekoloji tarazlığın təmin edilməsi, təbiətin, meşələrin qorunması problemi olub. Qeyd edilib ki, qanunsuz qırıntılar hələ də davam edir. Bələdiyyələr müzakirə olunan məsələ ilə əlaqədar üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmir. Bəzən də fəaliyyətlərində sahə qanunlarına əsaslanmırlar. Yeni yaşıllıqların salınması və mövcud yaşıllıqların qorunması sahəsində də bələdiyyələrin iştirakı lazımi səviyyədə deyildir.
“Nümayəndə günü”ndə müzakirə olunan məsələlərlə əlaqədar İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsən Həsənov, 11 saylı regional ekologiya və təbii sərvətlər şöbəsinin rəisi Ədalət Əsgərov, RİH aparatının şöbə müdiri Rüstəm Səmədov çıxış ediblər.
Sonda “Təbiəti qoruyaq və zənginləşdirək” adlı birgə layihəsinin həyata keçirilməsi qərara alınıb və bu istiqamətdə tədbirlər müəyyənləşdirilib.

Keçidlər