“Mülkiyyət hüququnun qorunması dövlət siyasətinin prioritet vəzifələrindəndir” mövzusunda maarifləndirici tədbir
27 sentyabr 2018-ci il tarixdə Qalınçaq İƏD-də “Mülkiyyət hüququnun qorunması dövlət siyasətinin prioritet vəzifələrindəndir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri Pakizə Abbasova Azərbaycan Respublikasının qanunlarına əsasən mülkiyyət hüququnun toxunulmazlığı, mülkiyyətin heç bir növünə üstünlük verilmədiyi, mülkiyyətin növləri, vətəndaşların mülkiyyət hüququ pozulduğu halda aidiyyəti üzrə müraciət etmə qaydaları və s. haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Hüquq şöbəsinin məsləhətçisi Rasim Rəhimov, Qalınçaq İƏD üzrə nümayəndə Ərəstun Tarverdiyev, Qalınçaq bələdiyyəsinin sədri Elvin Seyidli mövzu ətrafında çıxış ediblər. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.