İsmayıllıda Beynəlxalq müəllimlər günü qeyd olunub.
Oktyabr 5-də tarixdə İsmayıllıda Beynəlxalq müəllimlər günü təntənəli şəkildə qeyd olunub. Regional Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, rayonun tanımış ziyalıları, veteran müəllimlər, ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbir Azərbaycan Dövlət Himnin oxunması ilə başlanıb. RTŞ-nin müdiri Rasim Orucovun məruzəsi dinlənilib. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək müəllimləri təbrik edib, cəmiyyətin tərəqqisində, Azərbaycanın gələcəyində məhz bu peşə sahiblərinin şərəfli əməyinin olduğunu qeyd edib. M.Sadıqov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən təhsil islahatlarından, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Son 5 ildə İsmayıllı təhsil sistemində qazanılan uğurları məhz bu sahəyə göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndirib.
Göstərilən qayğının nəticəsi olaraq qısa müddətdə rayonun Lahıc qəsəbəsində 400 şagird yerlik məktəb binasının tikilib istifadəyə verilməsini icra başçısı böyük iftixarla qeyd edib.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Azərbaycan Respublikası Prezidentinin 04 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülmüş 6 saylı tam orta məktəbin direktoru - Qalib Bəşirov və “Tərəqqi medalı” ilə tətif edilmiş Şəhər bir saylı tam orta məktəbin müəllimi Bahar Abdullayevanı təbrik edib.
Çıxış edən müəllimlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, İsmayıllıda təhsil sahəsində qazanılan uğurlardan bəhs ediblər.
Tədbir konsert proqramı ilə başa çatıb.