Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq elmi-praktik forumun nümayəndə heyəti İsmayıllıda

06 oktyabr 2018 | 16:00

Azərbaycan-rus İcmasının təşkilatçılığı ilə paytaxt Bakı şəhərində “Mədəniyyətlər dialoqunda təhsil: rus məktəbi dünyası” mövzusunda beynəlxalq elmi-praktik Forum keçirilir.
     Formun nümayəndə heyəti 06 oktyabr 2018-ci il tarixdə Millət Vəkili Zabelin Mixail Yuriyeviç, Rusiyanın Azərbaycandakı səfirliyi yanında “Rossotrudniçestvo” cəmiyyətinin müavini Talin Aleksandr İliç, Azərbaycan-rus icması cəmiyyətinin müavini Zenin Yuriy Fyodroviçlə birgə İsmayıllıda olmuşlar. Qonaqları professor, Əməkdar elm xadimi, RİH-nin başçısı Mirdaməd Sadıqov qəbul etmiş, onları salamlayaraq, İsmayıllının tolerant və multikultural  bir məkan olduğunu, rayonda 8-dən çox millətin nümayəndəsinin yaşadığını diqqətə çatdırmışdır.
        Başçı bölgədə rusların, molokan icmasının da yaşadığını, İvanovka kəndində onların həyat səviyyəsinin yüksək olduğunu bildirmişdir. Ölkə Prezidentinin daima İvanovkaya olan diqqət və qayğısından bəhs etmişdir. Ümummilli lider Heydər Əliyevin dəfələrlə İvanovkada olduğunu, onun tövsiyəsinə uyğun olaraq burada kollektiv təsərrüfatın qorunub saxlandığını qonaqlara bildirmişdir.
       Nümayəndə heyətini Belarus, Bolqarıstan, Almaniya, Kanada, Latviya, Polşa, Rusiya, Serbiya, Türkiyə, Özbəkistan, Ukrayna və digər ölkələrdən olan nümayəndələr təmsil edir.
      Qonaqlar İvanovka kəndi ilə tanış olduqdan sonra H.Əliyev adına İvanovka kənd tam orta məktəbində “Mədəniyyətlər dialoqunda təhsil: rus məktəbi dünyası” mövzusunda elmi-praktik forum keçiriblər.

Keçidlər