“Yerli demokratiya həftəsi” çərçivəsində tədbirlər keçirilir.
Azərbaycanda Yerli Demokratiya Həftəsi çərçivəsində “Yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” şüarı altında 15-21 oktyabr 2018-ci il tarixlərdə İsmayıllı rayonunun bütün bələdiyyələrində “Yerli Demokratiya Həftəsi” keçirilir. Yerli Demokratiya Həftəsinin əsas məqsədi, yerli özünüidarəetmə proseslərində əhalinin rolunun, iştirakının və həmrəyliyin artırılması, fikir mübadilələrinin aparılması, qarşılqlı öhdəliklərin müəyyən olunması yolu ilə fəaliyyətin daha da genişləndirilməsi və yerli səviyyədə qərarların qəbul qəbul edilməsində gənc vətəndaşların iştirakının və fəaliyyətinin artırılması, öz icmalarında iştirak mexanizmlərini tətbiq etməklə daha çox tərəfdaşları həvəsləndirməkdir.
Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin Milli Assosiasiyalarının tövsiyəsinə uyğun olaraq “Yerli Demokratiya Həftəsi” çərçivəsində bələdiyyələrin ərazisində açıq və qapalı yerlərdə vətəndaşların yerli əhəmiyyətli məsələlərlə bağlı problemlərinin həlli, onların bələdiyyənin fəaliyyətində iştirakının təmin edilməsi, müraciətlərinə baxılması, 2018-ci ildə görülmüş işlər, o cümlədən “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü çərçivəsində həyata keçirilmiş layihələr barədə hesabtaların verilməsi, 2019-cu ilin bələdiyyə büdcəsinin və əhalidən gələn sosial sifarişlərdən irəli gələn layihələrin müzakirəsi, yerli vergi və ödənişlərin yığılması işinin təkmilləşdirilməsi, nümunəvi vergi ödəyicilərinin təbliğ olunması və mükafatlandırılması ilə bağlı görüşlərin keçirilməsi planlaşdırılmışdır. Bundan əlavə “Yerli Demokratiya Həftəsi” çərçivəsində əhalinin müxtəlif təbəqələrini təmsil edən vətəndaşların, xüsusən də ağsaqqaların və gənclərin yerli özünüidarəetmədə iştirak edə bilmə imkanlarının artırılması və sakinlərin öhdəlikləri, bələdiyyə fəaliyyətinin təşkilindəki problemlərin müzakirəsi istiqamətində maarifləndirici toplantıların keçirilməsi, əhalini daha çox narahat edən yerli problemlərin aradan qaldırılması məqsədi ilə sosial sifarişlərin öyrənilərək həlli istiqamətlərinin müəyyənləşdirilməsi və bu kimi digər məsələlərin həlli də nəzərdə tutulmuşdur. Bu məqsədlərlə rayonun bütün bələdiyyələri tərəfindən tədbirlər planı hazırlanmış və Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrin Milli Assosiasiyalarına göndərilməsi təmin edilmişdir.