İsmayıllının Sulut kəndində görüş-qəbul keçirilib
İsmayıllı rayonun ucqar kəndlərindən olan Sulut kəndi qədim tarixə malikdir. Kəndin ərazisində ölkə və rayon əhəmiyyətli tarixi abidələr mövcuddur. Kənd əhalisi əsasən heyvandarlıq,əkinçilik və bağçılıqla məşğuldur. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov kənd sakinlərinin problemlərini, təklif və istəklərini dinləmək üçün 17 oktyabr 2018-ci il tarixdə Sulut kəndində səyyar görüş-qəbul keçirmişdir. Görüşdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin işçisi Qalib Əsgərov da iştirak etmişdir. Tədbiri giriş nitqi ilə açan RİH-nin başçısı Mirdaməd Sadıqov əvvəlcə görüşə gələnləri salamlayıb, sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsmayıllıya səfərləri, dövlətimizin, və dövlət rəhbərinin rayonumuza diqqəti və qayğısı barədə sakinlərə məlumat verib. RİH başçısı bildirib ki, çoxsaylı sosial, istehsal, emal, infrastruktur obyektlərinin, yeni yolların açılışı, səfərdən sonra cənab Prezidentin qəbul etdiyi sərəncamlar İsmayıllının geniş miqyasda, çoxistiqamətli inkişafı üçün möhkəm əsas yaradır. Hər bir inzibati ərazi dairəsi, hər bir kənd, hər bir rayon sakini qarşıya qoyulmuş vəzifələrin, yeni layihələrin həyata keçirilməsi üçün fədakarlıqla çalışmalıdır.
İcra hakimiyyətinin başçısı daha sonra kəndin həlli vacib problemlərindən və onların həlli yollarından danışıb. Qeyd edib ki, Vətəndaşlar hər bir addımda, hər bir fəaliyyət istiqamətində qanunçuluğa riayət etməli, xüsusilə də torpaqlardan istifadə, tikinti məsələlərində, enerji resurslarından istifadədə diqqətli olmalıdırlar. Görüş zamanı vətəndaşlar kəndə gələn yolun təmir edilməsi, əraziyə qaz xəttinin çəkilməsi, yolun çaydan keçən hissəsinə körpü qoyulmasını, elektrik xətlərinin təmir olunması, kəndə telefon və internet xəttinin çəkilməsi ilə bağlı müraciət etmişlər. RİH başçısı qaldırılan məsələlər həlli ilə bağlı aidiyyatı üzrə idarə-müəssisə rəhbərlərinə tapşırıqlarını verib. RİH-nin başçısı Mirdaməd Sadıqov görüş-qəbulun yekununda bildirib ki, qaldırılan məsələlər RİH-də bir daha araşdırılacaq, təhlil olunacaq, icra ünvanları müəyyənləşdiriləcək və rayon icra hakimiyyəti də daxil olmaqla həmin istiqamətlərə yönəldiləcək.