Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə Respublika çempionatının zona birinciliyi keçirib

19 oktyabr 2018 | 16:00

19 oktyabr 2018-ci il tarixdə İsmayıllı şəhər 3 nömrəli  məktəb liseydə “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə Respublika çempionatının zona birinciliyi keçirilib. İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəis müavini Rauf Rəcəbov tədbiri açaraq qeyd etmişdir ki, bu cür yarışların keçirilməsi yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına, vətənpərvərlik hisslərinin aşılanmasına və gənclərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsinə mühüm əhəmiyyət kəsb edir.
         Gənclər və İdman Nazirliyinin nümayəndəsi Rəşad Rəsulov çıxış edərək keçirilən yarışın məqsədi haqqında danışıb və komandalara uğurlar diləyib.
         Poliatlon dördnövçülük proqramına uyğun olaraq yarış 100 metr qaçış, 2000 metr kross, qumbara atmaq və turnikdə dartınmaq növləri üzrə keçirilib. Yarışda Ağsu, Ağdaş, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Balakən, Ucar, Zərdab və İsmayıllı komandaları iştirak ediblər. Yarışın yekununa əsasən  İsmayıllı I, Qax II  və  Ağdaş komandası isə III yerlərə layiq görülüblər. I, II, III, yerlərin qalibləri Xaçmaz şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Keçidlər