Şriftin ölçüsü :

Saytın rəngi :

Müstəqilliyimizə həsr olunmuş idman yarışı keçirilib

22 oktyabr 2018 | 16:00

21 oktyabr 2018-ci il tarixdə İsmayıllı Olimpiya İdman Kompleksində  Müstəqilliyimizin 27-ci ildönümünə həsr olunmuş karate üzrə 4-18 yaş qrupları arasında  respublika birinciliyi keçirilib. Tədbiri İdman Komleksinin direktoru Tofiq Hümbətov açıb və bu yarışda idmançılara uğurlar arzulayıb. Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov , Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov  çıxış edərək ölkə rəhbərin idmana olan diqqət və qayğısından , həmçinin İsmayıllı rayonunda belə mötəbər yarışların keçirilməsinin əhəmiyyətindən danışıb, idmançılara uğurlar arzulayıblar. VTC üzrə karate Fedarasiyasının prezidenti Nurəddin Quliyev çıxış edərək  yarış haqqında məluma verib. Birincilikdə İsmayıllıdan, Bakı Karate-Do Akademiyasından, 35 şəhər və rayondan olmaqla 500 nəfər idmançı iştirak edib. Şəxsi birincilik yarışlarında müxtəlif çəki dərəcələrində I, II və III yerin qalibləri VTC üzrə Karate Fedarasiyası tərəfindən   diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Keçidlər