İsmayıllı rayon “Fermer evi”ndə Elmi-praktik seminar keçirilib
24 oktyabr 2018-ci il tarixdə “Fermer evi”ndə “Kənd təsərrüfatı heyvanlarının xəstəlikləri, onlara qarşı mübarizə tədbirləri” mövzusunda elmi-praktik seminar keçirilib.
Seminarda Aqrar Elm və İnnovasiya Mərkəzinin, Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnistitutunun işçiləri, kənd təsərrüfatı mütəxəssisləri və fermerlər iştirak ediblər.
Seminarı giriş sözü ilə Baytarlıq elmləri doktoru, professor İlham Əzimov açdı. Sonra rayon Baytarlıq İdarəsinin rəisi Barat Şahalıyev tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamladı və belə bir əhəmiyyətli tədbirin rayonumuzda keçirilməsinə görə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinə, Aqrar Elm və İnnovasiya Mərkəzininin rəhbərliyinə, Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnistitutunun rəhbərliyinə minnətdarlığını bildirdi.
Daha sonra “Kənd təsərrüfatı heyvanlarının yemlərlə zəhərlənməsinin bəzi xüsusiyyətləri və mübarizə tədbirləri” mövzusunda baytarlıq üzrə fəlsəfə doktoru, dosent Y.Bağırov; “Kənd təsərrüfatı heyvanlarının brusellyozu” mövzusunda baytarlıq üzrə fəlsəfə doktoru, dosent R.Muradov; “Quşların helmintozlarına qarşı aparılan mübarizə tədbirləri” mövzusunda biologiya üzrə fəlsəfə doktoru, dosent S.Məmmədova çıxış etdilər.
Seminarın sonunda fermerləri maraqlandıran suallara cavab verildi.