Şriftin ölçüsü :

Saytın rəngi :

Topçu məktəbində hüquqi mövzuda tədbir

25 oktyabr 2018 | 16:00

24.10.2018-ci il tarixdə Topçu kənd tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində “Hüquqlarını bil ki,.” mövzusunda maarifləndirici tədbir keçirilib. Məktəbin direktoru Xavər Allahverdiyeva gələn qonaqları salamlayıb və mövzu barədə məlumat verib. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Pakizə Abbasova uşaqların hüquqları, bu hüquqların həyata keçirilməsinə dövlət qayğısı barədə ətraflı məlumat verib. İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru Rahim Orucov zərərli vərdişlərin və erkən nikahın fəsadları barədə danışıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər