Növbəti “Nümayəndə günü” keçirilib
25 oktyabr 2018-ci il tarixdə H.Əliyev Mərkəzində növbəti “Nümayəndə günü” keçirilmişdir. RİH başçısı aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov iclası giriş sözü ilə acaraq tədbir iştirakçılarını salamlayıb və iclası açıq elan edib.
R.Səmədov gündəlikdə duran birinci məsələ ilə əlaqədar İƏD üzrə nümayəndəliklərin əhatə etdiyi yaşayış məntəqələrində qışa hazırlıqla bağlı təhsil, səhiyyə, mədəniyyət və digər obyektlər barədə geniş danışaraq nümayəndələrə noyabr ayının 1-dək qışa hazırlıq vəziyyətini araşdırmaq barədə tapşırıqlar verib.
R.Səmədov bələdiyyələrin ərazilərində fındıq əkininin davam etdirilməsi barədə proqnoz tapşırıqları iştirakçıların diqqətinə çatdırıb. Əvvəlki illərdə salınmış fındıq bağlarında bərpa işləri aparmaqla yeni bağların salınması işlərinin noyabr ayında başa çatdırılması barədə tövsiyyələrini yığıncaq iştirakçılarının nəzərinə çatdırıb, sonra sözü İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsən Həsənova verib.
H.Həsənov çıxışında qarşıya qoyulmuş əsas vəzifənin fındıq bağlarının 2 min hektara çatdırılmasından ibarət olduğunu, payız aylarında fındlq əkininin başa çatdırılması, qurumuş fındıq tinglərinin yeniləri ilə əvəz edilməsi və bu işdə qarşıda duran vəzifələrin icrasının təmin edilməsini vacibliyindən danışıb.
Sonra R.Səmədov gündəlikdə duran digər məsələ 15-21 oktyabr 2018-ci il tarixlərdə bələdiyyələrdə keçirilmiş “Yerli Demokratiya Həftəsi”nin yekunları barədə ətraflı məlumat verib. Qeyd edib ki, İvanovka, Hacıhətəmli, Qalacıq, Qubaxəlilli, Diyallı və Cülyan bələdiyyələri daha maraqlı tədbirlər keçiriblər.
R.Səmədov nümayəndəliklərdə əmək intizamına ciddi əməl edilməsinin, əhali tərəfindən qaldırılan məsələlərin vaxtında icra olunmasının, ərazilərdə baş vermiş hadisələr barədə vaxtında və dəqiq məlumatların şöbəyə çatdırılmasının zəruriliyini bir daha diqqətə çatdırıb.
Sonda yığıncaq iştirakcılarını maraqlandıran suallar cavablandırılıb.