Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti görüş-qəbulun ünvanı Topçu kəndi idi

26 oktyabr 2018 | 16:00

İntensiv qaydada yerlərdə görüş-qəbullar keçirən, sakinlərin arzu və təkliflərini, problem və istəklərini öyrənən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun növbəti görüş-qəbulunun ünvanı Topçu kəndi olub.
Əməksevərliyi ilə seçilən kənd sakinləri icra başçısı ilə görüşmək, fikirlərini bölüşmək üçün tam orta məktəbin foyesinə toplaşmışdılar. Tədbiri giriş nitqi ilə açan RİH-nin başçısı Mirdaməd Sadıqov rayonda həyata keçirilən yeni layihələrdən, onların nəticəsində açılan iş yerlərindən, cənab Prezident İlham Əliyevin İsmayıllı ilə bağlı sərəncamlarının icrası ilə əlaqədar görülən geniş miqyaslı işlərdən danışıb. Torpaqdan səmərəli istifadə etmək, özəl fəaliyyətin təşkili, əmək ehtiyatlarının reallığa çevrilməsi barədə iştirakçılara iqtisad elmləri doktoru olaraq dəyərli məsləhətlər verib.
Görüş-qəbulun iştirakçıları icra başçısına daha yaxşı məlum olan məsələləri bir daha diqqətə çatdırıblar. Xahiş ediblər ki, qazla təmin olunmayan 90 evə qaz çəkilişinə, odun yanacağı alınmasına, yeni artezian quyusunun istifadəyə verilməsinə, uşaq bağçasının açılmasına, 3,5 kilometrlik kənddaxili asfalt yolun təmirinə, elektrik transformatorunun yenilənməsinə, içməli su kəmərinin təmirinə, yaradıcılıq evinin bərpasına köməklik göstərilsin.
Hər bir iştirakçını diqqət və səmimiyyətlə dinləyən Mirdaməd Sadıqov qaldırılan hər bir məsələni, verilən təklifi aid icraçıların ünvanına yönəldib.

Keçidlər