Şriftin ölçüsü :

Saytın rəngi :

Dini radikalizmə qarşı maarifləndirici seminar keçirilib

27 oktyabr 2018 | 16:00

27 oktyabr 2018-ci il tarixdə Uşaq Kitabxanasında “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “Dini ekstremizm və radikalizimlə mübarizə məqsədilə təlimlərin təşkili” adlı layihə çərçivəsində seminar keçirilib. Seminarda yerli ictimaət nümayəndələri, din xadimləri və müəssisə təşkilatlardan olan nümayəndələr iştirak edib. Tədbiri Rayon İcra Hakimiyyətinin müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova açaraq qonaqları salamlayıb və belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Sonra layihə rəhbəri Ceyhun Abbasov, Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri, ekspert və təlimçi Nahid Məmmədov  çıxış edərək layihə haqqında geniş məlumat vermişdir. Seminarın məqsədi  gənclərimizin dini tolerantlıq, antiterror və ekstremizin sahəsində maarifləndirilməsi,  radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması istiqamətində gənclərin məlumatlardırılmasıdır. Sonda tədbir  iştirakçılarına  sertifikat  verilib.

Keçidlər