Şriftin ölçüsü :

Saytın rəngi :

“Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun ehtiyaclarının qiymətləndirilməsi” mövzusunda görüş

30 oktyabr 2018 | 16:00

30 oktyabr 2018 –ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun ehtiyaclarının qiymətləndirilməsi” mövzusunda beynəlxalq ekspertin iştirakı ilə Rayon İcra Hakimiyyətində və İsmayıllı Uşaq və Ailələrə dəstək mərkəzində görüş keçirilmişdir. Görüşdə Rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, RİH başçısının müavini Sevil Əhmədova, RİH başçısı yanında fəaliyyət göstərən zorakılığa qarşı manitorinq qrupunun üzvləri və qonaqlar iştirak etmişdir. Görüşdə RİH başçısı yanında fəaliyyət göstərən komissiyaların və monitorinq qrupunun fəaliyyəti müzakirə olunmuş, işi yaxşılaşdırmaq məqsədilə tədbirləri müəyyənləşdirilmişdir.

Keçidlər