İsmayıllıda Kənd Təsərrüfatı İşçilərinin Peşə bayramı keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 9 oktyabr 2008-ci il tarixli sərəncamı ilə hər il noyabr ayının 1-i ölkəmizdə “Kənd Təsərrüfatı İşçiləri Günü” kimi qeyd olunur.
Artıq on birinci ildir ki, İsmayıllı rayonunda da hər il bu bayram müxtəlif istehsalat müəssisələrində təntənəli şəkildə qeyd olunur. Cari ildə isə ilk dəfə yeni tikilmiş “Fermer evi”ndə keçirilib.
Əvvəlcə rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov, RİH əməkdaşlarının, Respublika Kənd Təsərrüfatı Nazirliyinin yerli qurumlarının işçilərinin və fermerlərin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Daha sonra tədbir “Fermer evi”ndə davam etdirilb.
Tədbiri giriş sözü ilə İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsən Həsənov açb və 2018-ci ildə rayonda kənd təsərrüfatı işlərinin gedişi barədə məlumat verb,
Sonra rayon İcra Hakimiyyəti başçısının I müavini Rövşən Ağayev çıxış edərək rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun adından rayonumuzun kənd təsərrüfatı işçilərini təbrik etb, rayonumuzda kənd təsərrüfatı işlərinin gedişi, qazanılan uğurlar və kənd təsərrüfatı sahəsinin perspektiv inkişafı barədə öz fikirlərini söyləb.
Daha sonra İsmayıllı DAİM yanında “Fermerlərin Koordinasiya Şurası”nın sədri İzzət Qubadov, N.Nikitin adına kolxozun sədri Novoseltsev Vasiliy İvanoviç, “Əməkdar Kənd Təsərrüfatı İşçisi” Panfyorov Vasiliy İvanoviç, rayon baytarlıq İdarəsinin rəisi Barat Şahalıyev çıxış edərək kənd təsərrüfatı sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər və yaradılan bu şəraitdən istifadə edərək daha böyük uğurlara imza atacaqlarını bildiriblər.
Sonra kənd təsərrüfatı sahəsində fərqlənmiş bir qrup qabaqcıl kənd təsərrüfatı işçisi rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ı ilə təltif olunub.