Şriftin ölçüsü :

Saytın rəngi :

Hüquq şöbəsinin maarifləndirici tədbiri

05 noyabr 2018 | 16:00

05.11.2018-ci il tarixdə İsmayıllı şəhər 4 saylı tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqların hüquq və vəzifələri” mövzusunda maarifləndirici tədbir keçirilib. Məktəbin direktoru gələn qonaqları salamlayıb və mövzu barədə məlumat verib. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Pakizə Abbasova uşaqların hüquq və vəzifələri, bu hüquqların həyata keçirilməsinə dövlət qayğısı barədə ətraflı məlumat verib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər