Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı şəhərində və Topçu kəndində yeni subartezian quyusu əhalinin istifadəsinə verilib.

12 noyabr 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair” müvafiq sərəncamı ilə əlaqədar 2013-cü ildən hal-hazıradək rayonda 39 subartezian quyusu qazılaraq istismara verilmişdir.

12 noyabr 2018-ci il tarixdə İsmayıllı şəhəri və Topçu kəndində qazılmış yeni artezian quyularının təntənəli şəkildə açılışı olub və həyat mənbəyi hesab edilən su əhalinin istifadəsinə verilib. Açılış mərasimində RİH başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov çıxış etmiş, istər kənd təsərüfatı bitkilərinin becərilməsində, istərsə də əhalinin içməli suya olan təlabatının ödənilməsində mühüm əhəmiyyət kəsb edən subartezian quyularının suyundan istiadə edilməsində əhaliyə uğurlar arzulayıb. İctimaət nümayəndələri çıxış edərək onlar ücün rahat həyat və məhsul bolluğu şəraiti yaradıldığına görə ölkə rəhbərliyinə minnətdarlıq edib, rayon rəhbərliyinə təşəkkür ediblər.

Keçidlər