Şriftin ölçüsü :

Saytın rəngi :

Mənəvi dəyərlərimizə həsr olunmuş seminar-müşavirə keçirilib.

15 noyabr 2018 | 16:00

Noyabrın 14-də İsmayıllıda DQİDK-nin Mənəvi Dəyərlərin Təbliği Fondu və        RİH-nin birgə təşkilatçılığı ilə “Mənəvi dəyərlərimiz azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-müşavirə keçirilib.
Seminar-müşavirədə Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, İlahiyyat İnstitutunun müəllimi Anar Qafarov, RİH başçısının birinci müavini Rövşən Ağayev, RİH başçısının müavini Sevil Əhmədova, DQİDK-nin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, ümumtəhsil məktəblərinin tərbiyə işləri üzrə direktor müavinləri, uşaq birliyi rəhbərləri, İsmayıllı Humanitar və Texnologiya Kolleci, Peşə Tədris Mərkəzinin müəllim və tələbələri, ictimaiyyət nümayəndələri, din xadimləri, rayon ağsaqqalları və gənclər iştirak ediblər.
  Seminar müşavirəni giriş sözü ilə RİH başçısının birinci müavini Rövşən Ağayev açıb və  qonaqları, seminar iştirakçılarını rayon rəhbərliyi adından salamlayıb, tədbirin mahiyyəti və məzmunu barədə məlumat verib.
   Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, ictimai elmlər üzrə fəlsəfə doktoru           Anar Qafarov, RTŞ-nın metodisti  Rəşid Məmmədov, İsmayıllı “Cümə” məscidinin dini icma sədri Vasif Teymurov, dövlət qulluğu veteranı Valeh Salehov çıxış edərək dini etiqad azadlığı, mənəvi dəyərlərin qorunması və inkişafı, azərbaycançılıq ideologiyasının formalaşması, xalqın adət-ənənələrinin zənginləşməsi, gənclərin milli ruhda tərbiyəsi, Azərbaycan dilinin saflığının qorunması ilə bağlı görülən tədbirlər barədə çıxış edərək, seminar iştirakçılarına ətraflı məlumat veriblər.
  Seminar-müşavirə iştirakçıları tərəfindən verilən suallar cavablandırılıb. Gənclərə milli-mənəvi dəyərlərimizi qorumaq,inkişaf etdirmək, mütaliə imkanlarını genişləndirmək, Azərbaycan dilinin saflığını qoruyub saxlamaq, ana dilimizi dərindən öyrənmək, tərbiyə işləri üzrə direktor müavinlərinə, uşaq birliyi rəhbərlərinə gəncləri milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə etmək, bu istiqamətdə çoxsaylı tədbirlərin icrasına nail olmaq tövsiyə olunub.
Nahar süfrəsi araxasında mövzu ilə bağlı söhbətlər davam etdirilib və seminar-müşavirə yekunlaşdırılıb.

Keçidlər