Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni həyata qovuşan Əhən kəndində görüş-qəbul

16 noyabr 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə çəkilən Dəmirçi-Lahıc magistral yolu, Lahıc qəsəbəsi ilə bağlı Prezident sərəncamları qonşu Əhən kəndinə də yeni həyat gətirib.Magistral yoldan Əhənə ayrılan hissədə-Cəfələ çayı üzərində körpü tikilib, “Kəndinvestisiya” layihəsi əsasında yola çınqıl döşənib. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə burada yeni məktəb binası inşa edilib.Rayon icra hakimiyyəti yerli imkanlara əsaslanaraq yararsız vəziyyətə düşmüş köhnə klub binasını müasir hala gətirib. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə olunması Proqramı çərçivəsində ərazidə eroziyanın qarşısının alınması, ekoloji tarazlığın qorunması,bitki örtüyünün zənginləşdirilməsi məqsədilə qoz, fındıq, digər meyvə ağacları əkilir, bağlar salınır.

Dövlət qayğısından hərtərəfli yararlanan Əhən kəndində görüş-qəbul keçirən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov cənab Prezident İlham Əliyevin İsmayıllıya, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə Lahıca səfərlərinin rayona bəxş etdiyi yeni həyat zənginliyindən, səfərdən sonrakı Prezident sərəncamlarının bölgənin yüksəlişinə, dağ kəndlərində həyatın bərpasına əsas olacağından ətraflı danışıb. Qeyd edib ki, rayonun sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə görülən işlər proqramlaşdırılıb və Respublikanın aid təşkilatlarına təqdim olunub.İsmayıllı Rayon İcra Hakimiyyəti proqramdan öz üzərinə gələn vəzifələrin icrasına artıq başlamışdır.

İnkişafdan doğan məmnunluqla qəbula gələn Əhən sakinləri ölkə başçısına yekdilliklə minnətdarlıqlarını bildiriblər. Bəzi məsələlər də diqqətə çatdırılıb:internetin zəif olması, bir neçə elektrik dirəyinin dəyişdirilməsi, çınqıl döşənmiş yolda bərkidilmə işlərinin aparılması, məscid binasının təmirinə yardım göstərilməsi,kəndə qaz çəkilişi və digər sosial məsələlər.

Hər bir təklif və xahiş rayon icra hakimiyyətində yenidən təhlil olunub və icrası üçün tədbirlər müəyyənləşdirilib.

Keçidlər