Şriftin ölçüsü :

Saytın rəngi :

Arıçılara subsidiyaların verilməsi mexanizmi ilə əlaqədar tədbir keçirilib

16 noyabr 2018 | 16:00

16 noyabr 2018-ci il tarixdə İsmayıllıda Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dariəsi üzrə nümyəndələri, bələdiyyə sədrləri, İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəsisləri, digər əlaqədar qurumların və arıçılıq təsərrüfatlarının nümayəndələrinin iştirakı ilə seminar-müşavirə keçirilib. Müşavirədə “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli 3747 nömrəli Sərəncamı ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat məbləğində subsidiyanın verilməsi ilə əlaqədar aparılacaq sənədləşmənin mexanizmi istiqamətində izahat işləri aparılıb.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər