Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda narkomaniyaya qarşı mübarizə ilə əlaqədar tədbirlər keçirilib.

16 noyabr 2018 | 16:00

16 noyabr 2018-ci il tarixdə Rayon İcra Hakimiyyətinin konfrans zalında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının iclası keçirilib. İclasda Rayon üzrə komissiyanın sədri, RİH başçısının birinci müavini Rövşən Ağayev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Vasif Quliyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin məsul əməkdaşı,polis-polkovniki Tanrıverdi Aydınov, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Asif Kəngərli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Tural Hüseyinzadə və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,  komissiya üzvləri içtirak ediblər.
     Öncə Rövşən Ağayev qonaqları salamlayıb və rayon komissiyasının gördüyü işlər barədə geniş məlumat verib. Daha sonra işçi qrupu rəhbərinin müavini Vasif Quliyev Azərbaycanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində görülən işlərdən, ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dövlət səviyyəsində yetirilən diqqətdən, bu sahədə həyata keçirilən tədbirlərdən danışıb. İclas maraqlı müzakirələrlə sona yetib.
         Daha sonra qonaqlar yerli bələdiyyələrlə görüşüblər. İclasda bələdiyyələrlə birgə iş fəlaiyyətindən və bu sahədə  bələdiyyələrin üzərinə düşən vəzifələrdən danışılıb, qanunvericiliyin tələbləri onlara  izah olunub.
         “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar, 17 noyabr tarixində Dövlət Komissiyasının üzvləri şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə İsmayıllı Peşə Tədris  Mərkəzində “Narkotiklər Haqqında Həqiqəti Öyrənək!” mövzusunda maarifləndirmə tədbiri keçiriblər. Rayon komissiyanın sədri  Rövşən Ağayev tədbiri açaraq narkotikin bəşəriyyət üçün böyük bəla olduğunu diqqətə çatdırıb.  Sonra qonaqlar çıxış edərək narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanlarının əməyini yüksək dəyərləndirib, bu sahədə cəmiyyətin hər bir fərdinin fəal vətəndaş mövqeyi nümayiş etdirməsini diqqətə çatdırıblar. Çıxışlardan sonra əsasən maarifləndirmə funksiyasını yerinə yetirən, narkomaniyanın doğurduğu faciələr barədə aydın təsəvvür yaradan film nümayiş olunub.
         Sonda tədbir iştirakçılarına maarifləndirici ədəbiyyat və bukletlər paylanmışdır.

Keçidlər