“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir.
İsmayıllı şəhər 1 saylı körpələr evi-uşaq bağçasının əmək kollektivi ilə “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. İsmayıllı RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri Pakizə Abbasova Ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin uşaqlara hədsiz sevgisindən, onların dövlət tərəfindən tam qayğı ilə əhatə olunmasından danışdı. Uşaqların sağlam böyüməsində, tərbiyə olunmasında əhəmiyyətli rolu olan məktəbəqədər təhsil müəssisələrin əməkdaşlarına bu məsul vəzifənin icrasında müvəffəqiyyətlər arzuladı. Hüquq şöbəsinin məsləhətçisi Rasim Rəhimov, uşaq bağçasının müdiri Qalbə Abdullayeva ailədə və cəmiyyətdə uşaqların hüquqları mövzusunda çıxış etdilər.