Şriftin ölçüsü :

Saytın rəngi :

İƏD üzrə nümayəndələrin müavinləri ilə seminar-müşavirə keçirilib

24 noyabr 2018 | 16:00

23 noyabr 2018-ci il tarixdə  saat 11:00 da Uşaq Kitabxanasının iclas zalında İƏD üzrə nümayəndələrin müavinlərinin iştirakı ilə seminar-müşavirə keçirilib
RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov seminar-müşavirə iştirakçılarını salamlayaraq gündəlikdə duran məsələlərlə onları tanış edib
Giriş sözündən sonra gündəlikdə duran birinci məsələ- “2019-cu ildə əhalinin yenidən siyahiya alınması ilə bağlı qarşıda duran vəzifələr” barədə söz Rayon Statistika idarəsinin müdir müavini D.Məmmədova verdi. D.Məmmədov çıxış edərək 2019-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı görüləcək işlərlə əlaqədar və qarşıda duran vəzifələr barədə İƏD üzrə nümayəndələrin müavinlərinə izahat verib
Gündəlikdə duran ikinci məsələ ilə əlaqədar Rüstəm Səmədov cıxış edərək 2019-cu ilin birinci yarım ili üçün İƏD üzrə nümayəndəliklərin mətbuata abunə yazılması barədə, eləcə də İƏD üzrə nümayəndəlliklərdə əmək intizamının və nümayəndəliklərin fəaliyyətinin daha da gücləndirilməsi məqsədi ilə müvafiq tövsiyə və tapşırıqlarını verib
Sonda yığıncaq iştirakcılarını  maraqlandıran  suallar cavablandırılıb.

Keçidlər