Şriftin ölçüsü :

Saytın rəngi :

Nümayəndə günü keçirilib

02 dekabr 2018 | 16:00

Heydər Əliyev Mərkəzində növbəti “Nümayəndə günü” keçirilib. RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov iclas iştirakçılarını salamladıqdan sonra onları iclasın gündəliyi ilə tanış edib.
Gündəlikdə duran birinci məsələ ilə əlaqədar Rüstəm Səmədov cıxış edərək  İƏD üzrə nümayəndəliklərdə 2019-cu ilin birinci yarım ili üçün  iş planlarının tərtib edilib RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi ilə razılaşdırılması barədə müvafiq tapşırıqlarını verib.
Gündəlikdə duran ikinci məsələ ilə əlaqədar R.Səmədov çıxış edərək nümayəndəliklərin ərazisində ağacəkmə kompaniyasının keçirilməsi və 2019-cu ildə də baramaçılıq, fındıqçılıq, tütünçülük və ümumilikdə gəlir gətirən digər kənd təsərrüfatı məhsulları istehsalının inkişaf etdirilməsi barədə kəndlərdə əhali arasında marifləndirici tədbirlərin görülməsini tövsiyyə edib. Sonra R.Səmədov sözü İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru H.Həsənova verib.
H.Həsənov çıxışında rayonumuzda arıçılığın inkişaf etdirilməsi, nümayəndəliklərin ərazisində arı ailələrinin sayının dəqiqləşdirilməsi və dəqiq uçotunun aparılmasının vacibliyindən, ərazilərdə payız aylarında yeni fındıq bağlarının salınması, payız şumunun çıxarılması və səpinin aparılması vəziyyətindən danışaraq müvafiq tövsiyyələrini verib.
Sonda yığıncaq iştirakcılarını  maraqlandıran  suallara cavablar verilib.

 

Keçidlər