Şriftin ölçüsü :

Saytın rəngi :

Maarifləndirici tədbir keçirilib.

05 dekabr 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu davamlı olaraq regionlarda əhalinin milli-mənəvi, sosial-iqtisadi,ictimai-siyasi proseslərin mahiyyətinin izahı istiqamətində maarifləndirici tədbirlər həyata keçirir.

Fondun və RİH-nin birgə təşkilatçılığı ilə dekabrın 5-də İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində keçirilən tədbir maraqlı mövzusu ilə fərqlənib. Tədbir “Maarifləndirmə: nadanlığa qarşı mübarizə aləti kimi ” mövzusuna həsr olunub.

Gənclərin, təhsil işçilərinin, icra nümayəndələri və bələdiyyə üzvlərinin, kitabxana işçilərinin, Humanitar Texnologiya Kolleci tələbələrinin, ümumtəhsil məktəblərinin və Peşə Tədris Mərkəzi şagirdlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə RİH başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov açıb, tədbirə toplaşanlara mövzunun məqsəd və məzmunu barədə məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Etnoqlobus” Mərkəzinin direktoru Gülnarə İnanc mövzu ilə bağlı məruzə edib.

Mövzu ətrafında RİH başçısı aparatının məsləhətçisi Nəsimi Teymurovun, İsmayıllı Regional Bilik Evinin direktoru Sevinc Novruzovanın, Tircan İƏD üzrə nümayəndə Əhməd Əhmədovun, RTŞ-nın metodisti Sevda İsmayılova və başqalarının çıxışları maraqla qarşılanıb, verilən suallar cavablandırılıb,tədbirin böyük əhəmiyyət daşıdığı qeyd olunub.

Keçidlər