İto-İsmayıllı – möhkəmlənən dostluq
İyulun 24-də Heydər Əliyev Mərkəzindəİsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Yaponiyanın Azərbaycandakı Səfiri cənab Şusuke Vatanabini qəbul edib. Bir neçə ildir davam edən Yaponiya-Azərbaycan, uğurlu başlanğıcı olan İto-İsmayıllı dostluğu ətrafında söhbət edən tərəflər bu dostluq vəəməkdaşlığın gündən-günə inkişaf edəcəyinəümidvar olduqlarını bildiriblər.
Səmimi söhbət zamanı Şukuse Vatanabi qeyd edib: Bir həftəöncəİsmayıllıdan keçdim. Şəhərin yenidən qurulması istiqamətində işlərin görülməsinin şahidi oldum. Gördüklərim məni sevindirdi. İsmayıllını gözəl və abad görmək bizəçox xoşdur. Yaponiyanın İto şəhəri iləİsmayıllışəhəri arasında dostluq əlaqələri demək olar ki, başlamışdır. Bu dostluğa Heydər Əliyev parkının ərazisində salınmış “Yapon bağı” nın xüsusi yeri var. İsmayıllıda gördüyümüz bütün işlər dostluq əlaqələrinə xidmət edir. “Şeroton” oteli ərazisində ikinci yapon bağının salınması işinə başlamışıq. Yaponiyanın “Kosiqi” korporasiyasının rəhbəri Kasuki Saki bildirib ki, Yaponiya Səfirliyi tərəfindən İsmayıllıda görülən işlər yapon xalqının sizlərə dostluq hədiyyəsidir: “Qaya istirahət mərkəzində oldum. Ətraf gözəl meşəlikdir. Təəssüf ki, yaxşı saxlanılmır. Bu meşə Tanrının İsmayıllıya, burada yaşayanlara hədiyyəsidir. Azərbaycanda turizmin inkişafıüçün geniş imkanların olduğuna əminəm”. Kasuki Saki İtonun əhalisinin 70000 olduğunu deyərək nəzərəçatdırıb ki, şəhərə hər il isti su mənbələrindən yararlanmaq üçün 6 milyondan çox turist gəlir. “Kosiqi” korporasiyasının rəhbəri Azərbaycanıçox sevdiyini və etdiyi xidmətlərin də bu istəkdən doğduğunu deyib. Onu da nəzərəçatdıraq ki, şirkətin eyni adlı jurnalında İsmayıllı təbiəti haqqında geniş məlumatlar verilmişdir, çoxsaylı fotolar qoyulmuşdur.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonda son vaxtlar görülən işlərdən danışıb. Sosial rahatlığa xidmət edən bir sıra işlərlə yanaşı rayonda Humanitar və Texnologiya Kollecinin açıldığını və orada xalqımıza məxsus bir sıra sənətlərin sirlərinə yiyələnmək üçün dekorativ tətbiqi incəsənət və xalq sənəti ixtisasının öyrədilməsi üçün fakültə açıldığını deyib. Başçı onu da qeyd edib ki, İto vəİsmayıllı arasında qarşılıqlı gəzintilər təşkil etmək lazımdır. Adətən səmimiyyətə söykənən gediş-gəliş möhkəm dostluğa çevrilir. M.Sadıqov bildirdi ki, Azərbaycanın, eləcə də rayonumuzun turizm potensialı genişdir. Turizmin inkişafı, isti su mənbələrinin istifadəsi işindəİto şəhərinin təcrübəsindən bəhrələnməliyik. Sonda Mirdaməd Sadıqov milli sənətkarlığımızıözündəəks etdirən xalçanı Kasuki Sakiyə hədiyyə edib.