Şriftin ölçüsü :

Saytın rəngi :

5 saylı məktəbdə peşə yönümü tədbiri keçirilmişdir

04 dekabr 2018 | 16:00

Dövlət Məşğulluq Xidmətinin təsdiq etdiyi qrafikə uyğun olaraq  İsmayıllı şəhər      5 saylı tam orta məktəbində  “Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir” mövzusunda peşə yönümü tədbiri keçirilmişdir.
         Tədbiri giriş sözü ilə İsmayıllı rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən Qadir Abduləzizov açaraq bazar iqtisadiyyatına keçid şəraitində gənclərin peşə  yönümü və onların şüurlu yaradıcı əməyə hazırlanmasının mühüm əhəmiyyət kəsb etdiyindən, gənclər arasında peşə və ixtisaslara meyllərin formalaşmasından tədbir iştirakçılarını ətraflı məlumatlandırıb. O qeyd edib ki, peşə yönümü probleminin həlli həmçinin işçi qüvvəsinin formalaşdırılmasında, məşğulluq məsələlərinin həllində mühüm rol oynayır.
          Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi Sevinc Şəmmədova və peşə yönümü üzrə təlimçi mütəxəssis Sevinc Mirzəyeva iştirak ediblər.
          Rayonun 5 və 3 saylı orta məktəblərinin direktorları E.Məmmədov və Ə.Ələkbərov, məktəblərin  bir qrup müəllimi və şagirdi, valideynlər tədbirdə  iştirak  ediblər.
          Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər