Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda ümummilli liderin anım gününə həsr olunmuş tədbir

10 dekabr 2018 | 16:00

İsmayıllıda ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş müxtəlif idman yarışları, xatirə turnirləri, rəsm və inşa müsabiqələri, yığıncaqlar keçirilir, ziyarətlər təşkil olunur.
Növbəti tədbir isə Heydər Əliyev mərkəzində “Ümummilli lider Heydər Əliyev Azərbaycan regionlarının sürətli və davamlı sosial-iqtisadi inkişafının banisidir” mövzusunda keçirilən “Heydər Əliyev idarəetmə məktəbi”nin  məşğələsi olmuşdur.
Tədbiri giriş nitqi ilə YAP İsmayıllı rayon təşkilatının sədri, RİH başçısının müavini Sevil Əhmədova açıb.
Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həyat və fəaliyyətini əks etdirən filmə baxılıb.
Mövzu ilə əlaqədar İsmayıllı şəhər 5 saylı tam orta məktəbin direktoru Elçin Məmmədov məruzə edib.
“İsmayıllı Heydər Əliyev ideyalarının təntənəsidir” mövzusunda Talıstan kənd tam orta məktəbinin direktoru Aydın Əzizov, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları Heydər Əliyevin regional inkişaf strategiyasının davamıdır” mövzusunda şəhər 1 saylı tam orta məktəbin müəllimi Bahar Abdullayeva və “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda Soltankənd tam orta məktəbinin gənc müəllimi Pərviz Məhərrəmov çıxış ediblər.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxışında ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi və regional inkişaf konsepsiyasından, onun bu gün verdiyi bəhrələrdən, həmin konsepsiyanın cənab Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla davam etdirilməsindən ətraflı danışıb. Qeyd edib ki, Azərbaycan dövlətçiliyinin tarixində böyük şəxsiyyətlər çox olub. Hər biri xalqın taleyinin bu və ya digər istiqamətində həlledici rol oynayıb, vətəni qoruyub, işğalçıları yerində oturdub, düşmənə layiqli cavab verib, milli və ya siyasi lider kimi tanınıb. Yalnız ümummilli liderimiz, xilaskarımız, dövlətçiliyimizin qarantı, müstəqilliyimizin əbədiliyinin banisi Heydər Əliyev yenilməz, dönməz rəhbər olmuş, siyasi liderliklə milli liderliyi uca şəxsiyyətində birləşdirmişdir. Bu liderlik vəhdəti Azərbaycana səadət, xoşbəxtlik, yüksəliş, ümumxalq, ümumregion və ümumdünya nüfuzu gətirmişdir.
1969-cu il iyul ayının 14-də Heydər Əliyev ilk dəfə Respublikamızın rəhbərliyinə gəldiyi vaxtda Azərbaycan çətin günlərini yaşayırdı. Zəif kənd təsərrüfatı regionu kimi heç bir istehsal sahəsi ilə diqqəti cəlb etməyən o zamankı ölkəmiz Ulu öndərimizin rəhbərliyi sayəsində qısa bir müddətdə geriliyin daşını atdı. Sonrakı inkişaf üçün böyük iqtisadi-siyasi potensial yaradıldı. Heydər Əliyev bütövlükdə Respublikamızın sosial-iqtisadi inkişafını təmin etməyə regionların kompleks inkişafından başladı. Bu inkişaf böyük sürət götürdü və davamlı xarakter aldı.
Azərbaycan ölüm-dirim dilemması qarşısında qalanda ümumilli liderimiz Heydər Əliyev yenidən ömrünün qalan hissəsini bəxş etdiyi xalqının harayına çatdı. 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin sədri, oktyabr ayında Prezident seçildi. Xalqımız yenidən öz nicatını Heydər Əliyevin rəhbərliyində tapdı. Ümummilli liderin idarəetmə qüdrəti, siyasi iradəsi, rəhbərlik məsuliyyəti dağılmaqda olan sosial-iqtisadi həyatı müsbətə doğru yönəltdi. Bu yönümdə Ulu öndər yenə də öz şəxsi təcrübəsinə əsaslanaraq regionların inkişafını önə çəkdi.
Sonda Ulu öndərə, onun xatirəsinə həsr olunmuş şeirlər, onun bəyəndiyi həzin mahnılar səslənib.

Keçidlər