Şriftin ölçüsü :

Saytın rəngi :

Külüllü kəndində görüş-qəbul keçirilib

22 dekabr 2018 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun növbəti görüş-qəbulu vaxtilə İvanovkadakı kolxozla birgə təsərrüfat olmuş, aqrar inkişaf üçün geniş imkanları olan Külüllü kəndində keçirilib. Bütün aid idarə-müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüş qəbulu giriş sözü ilə açan RİH-nin başçısı qeyd edib ki, Külüllü kəndi problemli yaşayış məntəqələrindən deyil. Müasir təsərrüfat fəaliyyəti üçün burada hər cür şərait var. Yetərlidir ki, sakinlər bir araya gəlib birgə təsərrüfat, kooperativ formasında işləsinlər. Özəl fəaliyyət üçün imkanları özlərində axtarsınlar. İvanovka bələdiyyəsi əhatəsində olan Külüllü kəndinə diqqəti artırmalı, torpaqlardan istifadəni tam qanuni əsasa keçirməlidir. Bələdiyyənin mülkiyyətində olan torpaqların icarəyə verilməsində xüsusilə.
Mirdaməd Sadıqov daha sonra sakinləri dinləyib. İştirakçılar xahiş ediblər ki, kənddə ümumi orta məktəb açılsın, mərkəzi yolun düzəldilməsinə, elektrik xətlərinin təmirinə, bələdiyyə torpaqlarından qanunauyğun istifadə olunmasına köməklik göstərilsin.
Hər bir məsələnin icrası, tənqidi qeydin aradan qaldırılması məqsədilə RİH-nin başçısı aid təşkilatlara müvafiq tapşırıqlar verib.

Keçidlər