Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondu İsmayıllı rayonunun İvanovka dini icmasına avtobus bağışlayıb

24 dekabr 2018 | 16:00

Ölkə əhalisinin bütün həyat istiqamətlərində yardımcısı olan Heydər Əliyev Fondu İvanovka dini icmasına avtobus bağışlayıb.

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin əməkdaşları ayrılan nəqliyyat vasitəsini təqdim etmək üçün İsmayıllıya gəlib. Nümayəndələr əvvəlcə İsmayıllı Rayon İcra Hakimiyyətində qarşılanıb, sonra RİH başçısının birinci müavini Rövşən Ağayevin iştirakı ilə İvanovkaya gedib. Avtobusun təntənəli təqdimetmə mərasimi olub. Dini icmanın sədri və üzvləri Heydər Əliyev Fondunun Prezidenti, Birinci xanım Mehriban Əliyevaya səmimi çıxışları ilə hörmət, ehtiram və təşəkkürlərini bildiriblər.

Nikitin adına kollektiv təsərrüfatın Müşahidə Şurasının sədri Olqa Jabina ümummilli liderin siyasətinin davamı olaraq cənab Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın İvanovkaya xüsusi qayğı ilə yanaşdıqlarından danışıb.

Mərasimin sonunda Heydər Əliyev Fondunun ünvanına dini icma üzvlərinin minnətdarlığını əks etdirən müraciət qəbul olunub.

 

Keçidlər