Şriftin ölçüsü :

Saytın rəngi :

Qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni il şənliyi keçirilib.

27 dekabr 2018 | 16:00

27 dekabr 2018-ci ıl tarixdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə əlil və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün İsmayıllı rayon Uşaq kitabxanasında bayram şənliyi keçirilib. İsmayıllı Rayon İcra Hakimiyyəti, Uşaq və Ailə Dəstək Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə 100  nəfərə qədər fiziki qüsurlu uşaq valideyinləri ilə birgə iştirak edib. Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Uşaq və Ailə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva bayram iştirakçılarını təbrik etdərək, əlilliyi olan insanların dövlətimizin, ölkə  Prezidentinin qayğısı əhatəsində olduğunu bildiriblər. Tədbirdə Uşaq Gənclər İnkişaf mərkəzimnin dərnək üzvülərinin hazırladığı konsert proqramını uşaqlar maraqla qarşılayıb.Sonda Şaxtababa tədbirdə iştirak edən  uşaqların hamısına RİH-nin bayram hədiyyələrini təqdim edib.

Keçidlər