“Hüzn və qürur günümüz” adlı anım tədbiri
15 yanvar 2019-cu ildə Uşaq kitabxanasında 20 Yanvar faciəsinin 29-cu ildönümünə “Hüzn və qürur günümüz” başlığı altında anım gecəsi keçirilib. İlk olaraq iştirakçılar Foyedə məktəblilərin əl işlərindən ibarət sərgiyə baxıblar. Tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçisi Gülər Baxışova, təhsil şöbəsinin əməkdaşı Ramiz Baloğlanov, MKS-nin direktoru Könül Baxışova və rayonun fəal gəncləri tədbirdə iştirak ediblər.
Giriş sözü ilə tədbiri açan Rayon Təhsil şöbəsinin əməkdaşı Ramiz Baloğlanov qeyd edib ki, qədirbilən xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini həmişə əziz tutur. Çünki onlar Azərbaycanın yenidən öz dövlət müstəqilliyini bərpa etməsində böyük rol oynayıblar. Azərbaycanın yenidən müstəqillik qazanmasında xalqımızın qəhrəman oğullarının əvəzsiz xidmətləri olmuşdur. Eyni zamanda xalqımızın böyük oğlu, görkəmli siyasət və dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında, gücləndirilməsində və dünya miqyasında tanınmasnda müstəsna xidmətləri var. 20 Yanvar hadisələri xalqımızın 1988-ci ildə başlanan milli-azadlıq hərəkatının kulminasiya nöqtəsi idi. XX əsr xalqımızın tarixinə həm qanlı faciələrlə, həm də qəhrəmanlıqlarla dolu olan bir dövr kimi daxil olmuşdur.
Məruzədən sonra 20 Yanvar faciəsini əks etdirən filmə baxış keçirilib.
Sonda qeyd edilibki, gənc nəslin milli təfəkkürünün formalaşmasında, vətənpərvər ruhda tərbiyəsində və tariximizi öyrənməsində mühüm rol oynayan bu filmlərin nümayişi vacib məsələdir.